"...etibar belə bərpa oluna bilməz" - Gürcüstan prezidentindən Putinə kəskin cavab

img

19-07-2018 [20:47]


Gürcüstan prezidenti Giorgi Marqvelaşvili rusiyalı həmkarı Vladimir Putinin Gürcüstanın NATO ilə münasibətlərinə dair son bəyanatına münasibət bildirib.

APA-nın məlumatına görə, G. Marqvelaşvili Gürcüstanın NATO ilə əməkdaşlığının regionda təhlükəsizliyə xidmət etdiyini və Rusiyanın cənub sərhədlərində sabitliyə kömək etdiyini bildirib.

Dövlət başçısı həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Lakin etibar qonşu ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə bərpa oluna bilməz”.

Qeyd edək ki, V. Putin bu gün Ukrayna və Gürcüstanı NATO-nun tərkibinə qatmağa çalışanları bu məsuliyyətsiz qərarın nəticələri barədə düşünməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR