Bu qurumlarda büdcə pullarının xərclənməsi ilə bağlı yoxlama - Materiallar Parlamentə göndərildi + SİYAHI

img

19-07-2018 [16:53]


Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Mia.az Palataya istinadən xəbər verir ki, kollegiya iclasında Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Gənclər və İdman Nazirliyin əayrılan vəsaitlərin istifadəsinə dair, Dünya Bankından kreditlər cəlb edilməklə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsi üzrə vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsindən Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair auditin nəticələrinə dair həyata keçirilmiş hesabatlar müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR