Hakim keçmiş MTN əməkdaşının cinayət işini prokurorluğa qaytardı - Səbəb

img

19-07-2018 [15:59]


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkilinin qaldırdığı vəsatətə münasibətlə bağlı qərar elan olunub.

Ötən prosesdə vəkil vəsatətində bildirmişd ki, istintaq dövründə müvəkkilinə qarşı kobud qanun pozuntular olub. O, cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını istəmişdi.

Məhkəmə vəsatəti təmin edib. Cinayət işi prokurorluğa qaytarılıb.

İttiham aktına əsasən, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. O, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirmə vədini verib. Lakin sonradan vədinə əməl etməyib.

T.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilməyib.

T.Rəcəbov qızıl biznesi ilə məşğul olub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş adamı T.Rəcəbov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu və təzyiqlərə məruz qalıb.

T.Rəcəbov MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Xatırladaq ki, T.Rəcəbov xüsusi xidmət orqanının ehtiyatda olan polkovnikidir.

O, məhkəmə iclasında anket məlumatları dəqiqləşdirilən zaman deyib ki, T.Rəcəbov ali təhsillidir, 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı