Yaponiyanın neft şirkətləri İrandan neft alışını dayandırır - Sanksiya qorxusu

img

19-07-2018 [13:22]


Yaponiyanın neft şirkətləri İrandan neft idxalının dayandırılmasını nəzərdən keçirməyə başlayıb.

Bu barədə məlumatı Yaponiyanın "Nikkey” qəzeti yayıb.

Artıq idxalın dayandırılmasıyla bağlı ABŞ-ın JXTG Holdinq, "İdemitsu Kosan” və digər neft şirkətlərinə xəbərdarlıq məktubu göndərdiyi də vurğulanır.

Bununla əlaqədar olaraq Yaponiyanın xarici işlər və iqtisadiyyat nazirlikləri ABŞ-la danışıqlara başlayıb.

Qeyd edək ki, bundan öncə Hindistan da öz şirkətlərinə İrandan neft idxalının dayandırılması imkanlarını nəzərdən keçirməyi tapşırmışdı/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq