UEFA Avropa Liqası - Bu gün Azərbaycan komandaları cavab oyunlarını keçirəcəklər

img

19-07-2018 [12:32]


Bu gün Azərbaycan komandaları UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab matçlarına çıxacaqlar.

"Report” xəbər verir ki, ilk oyunlarda qeydə alınan nəticələrdən sonra onlardan yalnız birinin - "Neftçi”nin növbəti raunda yüksəlmək şansı çoxdur. Bakıda Macarıstan təmsilçisi "Uypeşt”i 3:1 hesabı ilə məğlub edən paytaxt komandası önəmli üstünlük qazanıb. Roberto Bordinin rəhbərlik etdiyi kollektivi Budapeştdə heç-heçə və minimal hesablı məğlubiyyət də qane edəcək.

"Keşlə” və "Qəbələ” isə ilk qarşılaşmada uduzmaqla işlərini çətinə salıblar. Bakılılar Maltada "Baltsan”a 1:4 hesabı ilə məğlub olmaqla yanaşı, iyulun 16-da baş məşqçi Yuri Maksimovun istefasından sonra daha bir zərbə alıblar. Komanda "Dalğa Arena”da baş tutacaq görüşə məşqçi Zaur İsmayılovun rəhbərliyi altında çıxacaq.

"Qəbələ”nin də mərhələ keçmək ehtimalı böyük deyil. Evdə Lüksemburq "Proqres”in 2 cavabsız qolla uduzan əyalət komandası geridönüş etmək arzusu ilə səfərə çıxıb. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Differdanjda qapısını toxunulmaz saxlamaq şərti il, ən azı 2 qol vurmalı, cütün taleyini ya əlavə vaxtda, ya da penalti seriyasında həll etməlidir.

Qeyd edək ki, "Qəbələ”nin II təsnifat mərhələsindəki potensial rəqibi Makedoniya "Rabotniçki”sini üstələyən (1:2, 4:0) Macarıstanın "Honved” komandasıdır. "Keşlə”nin rəqibiləri - Moldova "Milsami”si evdə keçirdiyi ilk oyunda Slovakiyanın "Slovan” komandasına 2:4 hesabı ilə uduzub. "Neftçi”nin potensial rəqibi olan İspaniya təmsilçisi "Sevilya” isə mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları


21:00. "Keşlə” (Azərbaycan) – "Baltsan” (Malta)

Baş hakim: Mixail Vilkov

Baş hakimin köməkçiləri: Aleksey Vorontsov, Vladimir Mineviç

Dördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)

Hakim-inspektor: Stefen Lodj (İngiltərə)

UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)

Bakı. "Dalğa Arena”

İlk oyun – 1:4

21:30. "Proqres” (Lüksemburq) – "Qəbələ” (Azərbaycan)

Baş hakim: Kit Kennedi

Baş hakimin köməkçiləri: Stiven Donaldson, Kristian Hanna

Dördüncü hakim: Evan Boys (hamısı Şimali İrlandiya)

Hakim-inspektor: Milan Karadjiç (Serbiya)

UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Differdanj. Munisipal şəhər stadionu

İlk oyun – 2:0

23:00. "Uypeşt” (Macarıstan) – "Neftçi” (Azərbaycan)

Baş hakim: Yannis Papadopulos

Baş hakimin köməkçiləri: Trifon Petropulos, Vasilios Kampuris

Dördüncü hakim: Agelos Evangelu (hamısı Yunanıstan)

Hakim-inspektor: Bernardino Qonzalez Vaskes (İspaniya)

UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Budapeşt. Ferents Susa stadionu

İlk oyun – 1:3

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq