DMX rəisi: "Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub"

img

19-07-2018 [11:47]


Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub".

"Report" xəbər verir­ ki, bunu Dövlət Miqr­asiya Xidmətinin (DMX) rəis­i Vüsal Hüseynov bu ilin ilk yarısının yekunları­na həsr olunmuş tədbi­rdə deyib.

O bildirib ki, bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb: "Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 119 770 halda 747 107 nəfər olub".

Rəis qeyd edib ki, hesabat dövründə 347 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: "Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir".

V.Hüseynov deyib ki, hesabat dövründə daimi yaşamaq üçün icazəsi verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb: "Bu rəqəm 1859 olub". 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq