Nazirlik reyd keçirdi - Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

img

18-07-2018 [13:02]


17 iyul 2018-ci il tarixindəEkologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindənbalıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi Qum adası ərazisində qanunsuz balıq ovu ilə məşğul olan Bakı şəhəri Əmircan qəsəbəsi, Bağırov küçəsində yaşayan 1958-ci il təvəllüdlü Sultanov Samir Xəlil oğlu saxlanılıb.

Ondan qanunsuz ovladığı 21 ədəd kifal balığı, ov zamanı istifadə etdiyi istifadəsi qanunvericilikdə qadağan olunmuş bir ədəd sintetik saplı tor götürülüb.

Vətəndaş Sultanov barəsidə müvafiq protokol tərtib edilib və balıq ehtiyyatlarına vurduğu ziyan hesablanaraq 238 manat məbləğində iddia qaldırılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı