Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək

img

18-07-2018 [12:39]


"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi hədəfinə uyğun olaraqEnergetika Nazirliyi Asiya İnkişaf Bankının dəstəyi ilə üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçirəcək.

Nazirlikdən verilən məlumata görə,Nazirlər Kabineti"Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihənin icrasına icazə verib. Asiya İnkişaf Bankı tərəfindən məsləhətçi şirkətin seçilməsi üçün tender prosesi yekunlaşdıqdan sonra layihə üzrə işlərə başlanması planlaşdırılır.

Layihə çərçivəsində Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması, həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur.

Qeyd edək ki,Energetika Nazirliyi alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə mövcud potensialın qiymətləndirilməsi, bu istiqamətdə həyata keçiriləcək layihələrin müəyyənləşdirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı kompleks tədbirlər görür.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq