Fransanın daha bir böyük şirkəti İranla işbirliyini dayandırdı - Sanksiyalar Tehranı güncə sıxır

img

15-07-2018 [17:51]


Fransanın "Scor” sığorta şirkəti bəyanat yayaraq İranla əməkdaşlığı dayandırdığını bildirib.

Bu barədə "Röyter” agentliyi məlumat yayıb.

Mərkəzi ofisi Parisdə yerləşən şirkətin yaydığı bəyanatda bildirilir ki, Tehranla əməkdaşlığa son qoyulması ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır:

"İndiki həssas şəraiti nəzərə alaraq, biz İranla yeni müqavilələr imzalamaq və ya ölkələrimiz arasındakı mövcud müqavilələrin vaxtını uzatmaq niyyətində deyilik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan etməsindən və əvvəlki sanksiyaların bərpa edilməsindən sonra onlarla beynəlxalq şirkət və bank İranla əməkdaşlığı dayandırıb/Teleqraf.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR