Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı çapdan çıxıb - Yaxın günlərdə təqdimatı olacaq

img

13-07-2018 [12:59]


Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı çapdan çıxıb.

Bu barədə Mia.az-a mərhum jurnalistin bacısı Sevinc Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Zabil Müqabiloğlu haqqında kitab iyunda çapdan çıxıb:

""Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu kitabı çapdan çıxarıb. Kitabın adı Zabil Müqabiloğlunun yazdığı "Son Zəng"dir. Zabil 19 il jurnalistika sahəsində çalışıb. "525- ci qəzet”də işləyib, uzun illər "Yeni Müsavat”da redaktor vəzifəsində,  "Tərcüman” və "Avropa”  qəzetlərində çalışıb. Ən son Günxəbər.com saytının təsisçisi və baş redaktoru olub.  Yaxın günlərdə kitabın təqdimatını keçirməyi düşünürük”.

Qeyd edək ki, jurnalist Zabil Müqabiloğlu 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR