"Dövlət əhəmiyyətli obyektlərdə enerji tam təmin olunub" - "Azərişıq"

img

12-07-2018 [18:07]


""Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub".


Mia.az xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, ”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu, Heydər Əliyev hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar: "Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir".


Digər xəbərlər
SON XƏBƏRLƏR