Agentlik hərəkətə keçdi: "Svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür"

img

12-07-2018 [17:20]


"Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır".

Mia.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə yazıb.

O bildirib ki, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib: "Hazırda Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Həsən Əliyev, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR