İşıqlar söndü - Bakı metrosu 2 stansiyanı BAĞLADI

img

12-07-2018 [16:55]


Hazırda Bakı, Sumqayıt və bir çox yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. 

Mia.az xəbər verir ki, "Bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a metronun Bənövşəyi xəttində enerji verilişinin dayandığını bildirib:

"Yaşıl və qırmızı xətlər normal qaydada işləyir. Bənövşəyi xətdə-"Avtovağzal”-"Memar Əcəmi” stansiyalarına gələn elektrik xətlərində gərginlik olmadığı üçün 16:10-dan etibarən stansiyaya giriş bağlanıb”.

B.Məmmədov deyib ki, tuneldə qatar qalmayıb: "Enerji verilişi bərpa olunan kimi qatarların hərəkəti bərpa olunacaq”.

Metropoliten rəsmisi təhlükəsizlik tədbirləri çərçivəsində digər stansiyaların girişinin bağlanmasının nəzərdə tutulmadığını bildirib:

"Hələlik qatarlar işləyir. Enerji verilişinin hansı səbəbdən dayandırıldığı açıqlanmayıb”.



Digər xəbərlər
SON XƏBƏRLƏR