ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Samuxda bataqlıq ərazidə baş verən yanğın söndürülüb – FHN-dən açıqlama - mia.az
Şriftin ölçüsü / 98 dəfə oxunub

Samuxda bataqlıq ərazidə baş verən yanğın söndürülüb – FHN-dən açıqlama

12 Iyul 2018 [13:51]

Samuxda bataqlıq ərazidə baş verən yanğın söndürülüb.

Mia.az FHN-ə istinadən bildirir ki, 7 iyul 2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Burunqovaq kəndi yaxınlığında sıx kolluq və qamışlıq olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının keçilməz sıx kolluq və qamışlıq olan bataqlıq ərazidə baş verdiyi, yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsinin olduğu müəyyən edilib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Həyata keçirilmiş yanğınsöndürmə tədbirləri nəticəsində yanğın 11 iyulı 2018-ci il tarixində saat 20:50-də söndürülüb.

Yanğın nəticəsində 230 ha sahədə sıx kollar və qamışlıq yanıb. Yaxınlıqdakı meşə zolağı, ərazidəki yulğun ağacları və ətraf ərazilər yanğından mühafizə olunub.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR