Putin Netanyahudan dərhal sonra İran rəsmisi ilə görüşdü - İsrailin Baş nazirindən xəbərdarlıq

img

12-07-2018 [12:23]


Rusiya Prezidenti Vladimir Putin İranın Ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.

Görüş Putinin Novo-Oqarevo iqamətgahında baş tutub. Görüşdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov da iştirak edib.

Qeyd edək ki, Vilayəti-Putin görüşü dünən baş tutan Netanyahu-Putin görüşündən dərhal sonra keçirilib.

Onu da qeyd edək ki, Netanyahu Putinlə görüşü haqda Feysbuk-da açıqlama verib.

Onun sözlərinə görə, Rusiya Prezidenti ilə önəmli görüşü oldub: "Görüşdə İsrailin qəti mövqeyini bildirdim. Biz İranın Suriyada istənilən fəaliyyətinə qarşıyıq”/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR