Elmar Məmmədyarov Ermənistanın XİN rəhbəri ilə nə haqda danışdı? - DETALLAR

img

12-07-2018 [11:28]


Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan iyulun 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşün detallarını bölüşüb.

O, görüşün koqnitiv xarakter daşıdığını və bir-birinin mövqeyini öyrənmək üçün təşkil edildiyini deyib.

Mnatsakanyan sülh danışıqlarına alternativin olmadığını və atəşkəs rejiminin pozulmamasının çox önəmli şərtlər olduğunu dilə gətirib.

Görüşdə iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədrləri isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə öz proqramlarını təqdim ediblər/modern.az.



Digər xəbərlər
SON XƏBƏRLƏR