Masallıda mikroavtobus minik maşını ilə toqquşub, on bir nəfər xəsarət alıb - ADLAR

img

11-07-2018 [16:22]


Masallı rayonun Xıl kəndində "Ford" markalı sərnişin mikroavtobusu ilə "Hundai" markalı minik maşınının toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

 APA-nın cənub bürosunun məlumatına görə, onlar Rusiya vətəndaşları - 1992-ci il təvəllüdlü Günay Asfarova, 2017-ci il təvəllüdlü Rubina Teymur qızı Asfarova, Bakı şəhər sakinləri - 2006-cı il təvəllüdlü Lalə Cabir qızı Zeynalova,  1977-ci il təvəllüdlü Nərmin Rauf qızı Babayeva, 1946-cı il təvəllüdlü Rubina Şirzad qızı Bayramova, Lənkəran rayon sakiniləri - 1982-ci il təvəllüdlü Ağayar Gülməmməd oğlu Ağayev, 1981-ci il təvəllüdlü Nuranə Cabir qızı Qəhrəmanova, 1967-ci il təvəllüdlü Tünzalə Məzahir qızı Şükürova, 1959-cu il təvəllüdlü Məlahət İsmayıl qızı Məmmədova, Neftçala rayon sakini, 1982-ci il təvəllüdlü Ceyhun Şakir oğlu Hüseynli, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Nəzir İsmayıl oğlu Musayevdir. 

Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR