Şriftin ölçüsü / 89 dəfə oxunub

“Gəncədə radikal qüvvələrə yer yoxdur” - Deputat

11 Iyul 2018 [15:48]

"Gəncədə baş verənlər bizi narahat edir. Bu gün Azərbaycan dövlətini çökdürmək üçün bu cür xain qüvvələr ortaya çıxarılır və marionetka kimi istifadə olunurlar”.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bildirib.

"Onların nə milləti, nə də dini var. Onları bir maraq birləşdirir: dövlətçiliyə qarşı çıxmaq və xain planı icra etmək. Neçə gündür ki, sosial şəbəkələrdə Gəncə insanını təxribata çəkmək üçün təbliğat aparılırdı. Hay-küylü təbliğat puç oldu. Gəncə insanı onlara dəstək vermədi. Gəncəlilər həmişə dövlətçiliyin yanında olublar. Gəncə tarixi bir diyarımızdır. Azərbaycan Xalq Cümhuriyyəti öz tarixi mövqeylərini bərpa etmək üçün Gəncədən başladı. Çünki Gəncə həmişə milli məfkurənin, millli ideologiyanın mərkəzi olub. Şeyx Nizaminin, Cavadxanın və başqa qəhrəmanların yurdu olan Gəncədə radikal qüvvələrə yer yoxdur və onların sosial baza qazanması mümkün deyil. Bunu dünənki hadisələr bir daha təsdiqlədi. Həlak olan polislərimizə Allahdan rəhmət,ailələrinə səbr diləyirəm”.




SON XƏBƏRLƏR
20:52 21.07.2018
Xeyirxah söyüşlər...