Şriftin ölçüsü / 477 dəfə oxunub

Nazir İdarə rəisini işdən çıxardı - Yerinə təyinat yoxdur

11 Iyul 2018 [13:35]
Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Şahbaz Əliş oğlu Mehdiyev tutduğu vəzifədən azad edilib.

Ş.Mehdiyev öz ərizəsi ilə işdən ayrılmaq qərarına gəlib.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq faktı təsdiqləyiblər. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Şahbaz Mehdiyev işdən öz ərizəsinə əsasən gedib: "Hələlik onun yerinə təyinat yoxdur".



SON XƏBƏRLƏR
20:52 21.07.2018
Xeyirxah söyüşlər...