ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Belçika - Fransa qarşılaşması: tək qol fransızları finala çıxardı - mia.az
Şriftin ölçüsü / 529 dəfə oxunub

Belçika - Fransa qarşılaşması: tək qol fransızları finala çıxardı

10 Iyul 2018 [23:53]

Bu gün DÇ-2018-in ilk yarımfinal matçında Belçika və Fransa yığma komandaları üz-üzə gəliblər.

Mia.az xəbər verir ki, "Sankt-Peterburq” stadionunda baş tutan oyuna Belçikalar daha da istəkli başlayıblar. Onlar oyunun ilk 22 dəqiqəsində bir neçə qol fürsətini qaçırıblar.

Belçika 22-ci dəqiqəyə qədər 4 günc zərbəsi də yerinə yetirib. Fransa milliləri isə bu dəqiqələrə kimi arzulanan oyunu göstərə bilməyiblər. 

31-ci dəqiqədə Qrizmanın uzaqdan vurduğu top qapı tirinin üstündən keçib.

34-cü dəqiqədə isə Jiro fransızların ilk qoluna imza ata bilərdi. Lakin o, çox əlverişli fürsətdən yararlana bilməyib. Top qapı tirinin yanından keçib.

Uruqvaylı hakim oyunun ilk hissəyə 1 dəqiqə əlavə edib. Lakin hesab ilk hissədə açılmayıb.

51-ci dəqiqədə "Arsenal"lı Samuel İmutiti Fransanın qoluna imza atıb - 1-0.

Hakim oyunun əsas vaxtına 6 dəqiqə əlavə etsə də, Belçika yığması hesaba tarazlıq gətirə bilməyib. Və oyun bu hesabla başa çatıb - 1:0.

Qeyd edək ki, Fransanın finaldakı rəqibi İngiltərə-Xorvatiya oyununun qalibi olacaq.

 



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR