ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Adəm Məmmədov vəkillik fəaliyyətini dayandırdı: "Heç bir iş qəbul etmirəm, daha mənə müraciət etməyin" - mia.az
Şriftin ölçüsü / 610 dəfə oxunub

Adəm Məmmədov vəkillik fəaliyyətini dayandırdı: "Heç bir iş qəbul etmirəm, daha mənə müraciət etməyin"

08 Iyul 2018 [23:10]

"Praktiki-peşəkar vəkillik fəaliyyətimdən tam kənarlaşıb, yəni dayandırıb, sırf hüquq sahəsində elmi fəaliyyətə başlamağı vacib bildim. Düşünürəm ki, təcrübəm, araşdırmalarım və dunya görüşüm, eləcə də dəyərli çevrəm bu sahədə mənim uğur qazanacağıma daha da inam verir".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Adəm Məmmədov sosial şəbəkədəki səhifəsində yazıb.

O,  vəkillik fəaliyyəti dövründə qazandığı uğurlar zamanı həmişə yanında olanlara təşəkkür edib: "Sizlərə təşəkkürümü bildirirəm, çox vaxt ən azı sadəcə sözlə göstərdiyiniz münasibəti yaxından hiss etmişəm, bəzən gərgin dövrlərdə həssas və duyarlı davranışınızla yanımda olduğunuzu hiss etdirmisiniz. Sizdən razıyam və minnətdaram.

Məncə hər bir insan qarşısına kiçik məqsədlər yox, böyük hədəflər qoymalıdır ki, o hədəfin zirvəsinə çatanda yorğunluğun dadını belə çıxara bilsin. Təvəzökarlıqdan kənarda olsa düşünürəm ki, hüquq sahəsində həm sözümü demişəm, həm də eşidilmişəm. Çalışmışam boşuna, havaya söz danışmayam. Tək altı il ərzində aldığım qırxadək bəraət hökmü dediklərimin sübutu üçün yetər".

Adım Məmmədov bildirib ki, hüquq sahəsində həmvətənlərini maarifləndirmək üçün Lider TV kanalında həm rəhbəri, müəllifi və aparıcısı olduğu "Hüquq və Ədalət" adlı layhiyəni həyata keçirib, eyni zamanda, ictimai fəaliyyəti kimi Qanunla.az və Fakttv.com saytlarını yaradıb: 

"Bütün bunları sadalamaqda məqsidim odur ki, gəldiyim qərar düzgün anlaşılsın. Yəni bu sahədə qarşıma qoyduğum hədəf dəf edilmişdir. Bu gündən sonra hədəfim hüquq sahəsinin elmi araşdırması olacaq. Sözün düzü, bu sahəni də sizin üçün maraqlı etmək məqsədi ilə dedektiv-kirminal janrda başladığım maraqlı əsərimi tamamlayıb, sizlərə təqdim etmək fikrim var".

Sonda vəkil xatırladıb ki, daha vəkil kimi icraatına heç bir iş qəbul etmir: "Bu barədə mənə müraciət etməyin. Hazırda sırf icraatımda olan işlərin tamamlanması ilə məşğulam".



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR