07-07-2018 [12:22]
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri xeyli genişləndirilib.
Yol təhlükəsizlik məsələləri üzrə ekspert Ərşad Hüseynov fərmanda qeyd olunan yenilikləri "Qafqazinfo”ya şərh edib. O bildirib ki, Kütləvi İnformasiya Vasitələri məsələləri yanlış şərh ediblər: "Söhbət ondan gedir ki, bir neçə istiqamətdə Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təşkili məsələsində, polislə səlahiyyət bölgüsü məsələsində bir sıra yeniliklər var. Belə ki, yalnız Bakı şəhərinin küçələrində dayanma, durma, parklanma qaydalarını pozan, evakuasiya edilməli olan avtomobilləri Bakı Nəqliyyat Agentliyi cərimə meydançasına aparacaq. Əslində isə, cərimə meydançaları agentliyin tərkibinə verilmir. Çünki cərimə meydançalarına avtomobillər başqa səbəblərə görə də aparılır. Məsələn, sürücü sərxoş olanda, sürücülük hüququ olmayanda, cərimələri gecikdirəndə və.s. Bu məsələlər yenə polisin səlahiyyətində qalır.
Dayanma, durma, parklanma qaydalarını pozan sürücülərə cərimənin də yazılması da Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə verilib. Cərimə meydançalarıyla bağlı daxil olan vəsaitlərin bölgü məsələsi isə sonra müəyyən olunacaq. Hələ ki, fərmanda bu məsələ qeyd olunmayıb. Saxlanc pulları da elə böyük məbləğ deyil. Bir günə görə 1 manatdır. Onlar da heç elektrik xərclərinin ödənilməsinə bəs etmir. Üstəgəl, cərimə meydançasına aparılan avtomobilin sürücüsü 1 saatdan sonra gəlib onu götürür. Buna görə də saxlanc pulu ödənilmir.
İkinci istiqamət isə, "Baku Bus” BNA-nın tərkibinə verilir. Burada dövlətin siyasəti odur ki, tədricən ictimai nəqliyyatda dövlətin payı artırılsın. Çünki ictimai nəqliyyatda iki əsas istiqamətdə ciddi problemlər var. Biri sürücü kontingentinin zəif olması, digəri isə avtobus parkının zəif olması ilə bağlıdır. Bu saat hamı avtobuslarda kondisionerin olmamasından şikayətlənir. Kondisionerli avtobusu alıb Bakıya gətimək daşımalarla məşğul olan sahibkarların imkanı xaricindədir. Çünki həmin avtobusların qiyməti 200 min manat civarındadır. Bu isə rentabelli deyil. Bunu ancaq dövlət edə bilər. Dövlətin siyasəti odur ki, problemləri həll etməkdə iştirak etsin. Buna görə də, böyük ehtimalla Bakıya yaxın vaxtlarda "Baku Bus” avtobuslarına oxşar yeni avtobuslar gələcək.
3-cü ana xətt odur ki, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları artıq ləğv olunur. İndiyə qədər qanunda belə idi ki, nişan, svetafor, nişanlanma xəttinin təşkili ilə bağlı Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları qərar qəbul edirdi və onu polis icra edirdi. Artıq bütün rayonlada, o cümlədən, Bakıda da Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları yoxdur. O işlərlə Bakı şəhərində Bakı Nəqliyyat Agentliyi, bölgələrdə isə yol polisi məşğul olacaq. Sadəcə formal olaraq o komissiya qalır. Çünki o komissiyasının başqa funksiyaları da qalır. Yol strategiyasının müəyyən olunmasında, qanunvericiliyin təkmilləşməsində iştirak edir. Bundan əlavə, Bakı Nəqliyyat Agentliyinə tapşırılıb ki, Bakı şəhərində taksi sürücüləri, avtobuslar, taksilər üçün, avtobus sahibləri, taksi sahibləri ilə bağlı tələbləri müəyyən etsin. Üstəgəl, Bakı Nəqliyyat Agentliyinə səlahiyyət verilib ki, taksilər üçün kvota müəyyən etsin. Məsələn, Bakıda müəyyən oluna bilər ki, cəmi 7000 taksi olsun. Bu məsələ gələcəyin işidir”.
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı