Şriftin ölçüsü / 1012 dəfə oxunub

"Rusiyanın xüsusi xidmət orqanlarında..." - Xanlar Vəliyev qardaşının güllələnməsindən danışdı ŞOK AÇIQLAMA

06 Iyul 2018 [17:41]
Xəbər verdiyimiz kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dünən gecə saatlarında İsrailə aparılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərdə onun müalicə reabilitasiya məqsədi ilə İsrailə aparıldığı qeyd edilib.

Mia.az xəbər verir ki, icra başçısının qardaşı, Azərbaycan Respublikası Baş Prokrorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokroru Xanlar Vəliyevlə məsələ ilə bağlı Bizim Yol-a açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib. O eyni zamanada qardaşına edilən sui-qəsdlə bağlı da danışıb.

"Hazırda vəziyyəti yaxşıdır. İsrailə aparılması ilə bağlı məlumat birmənalı yalandır. Harada olmasının fərqi yoxdur, əsas odur ki, yaxşıdır. Daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlər məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri içərisindədir. Sösüz ki, bu, ölkə Prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir.”

Qaldı ki, Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir. O adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. 
Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan döyəsən… Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız Quranı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhümatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın, dinə inanın.

"Bir daha deyirəm, Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Onun haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq”.



SON XƏBƏRLƏR
20:52 21.07.2018
Xeyirxah söyüşlər...