Komitə sədri ilə icra başçısı Müsavat başqanından qorxur, yoxsa...? - Haqları zorla alınan bir kənd imdad diləyir

img

25-06-2018 [16:07]


Zaqatala  rayonunun Uzunqazmalar kəndinin 200-dən çox sakini "Reytinq” vasitəsi ilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Şikayətçilər yazır ki, yaşadıqları kənd rayon mərkəzindən təxminən 50 km aralıda yerləşir: 

"1962-ci ildə Zaqatala rayon Xalq Deputatları Sovetinin (XDS) müvafiq qərarı ilə Uzunqazmalar kəndi ərazisində  2 nömrəli Fındıq sovxozu yaradılmışdı. Ümumi sahəsi min hektar olan sovxozda kəndin sakinləri 1992-ci ilə qədər gecəsini-gündüzünə qataraq çox böyük əziyyət çəkiblər. Bəli, məhz bizim kəndin sakinləri 40 il ərzində bu torpaqları əkin-biçinə yararlı vəziyyətə gətirməklə, dövlətə və xalqa öz töhvələrini veirblər. Hansı ki, həmin min hektar ərazinin 559 hektarında biz fındıq bağları salmışıq. 

Möhtərəm Prezident, bildiyiniz kimi, fındıq bağı salmaq, ona qulluq etmək, onu ərsəyə gətirmək çox böyük əziyyət və vaxt tələb edir. Lakin bu qədər əziyyətə və qanini haqlarımıza baxmayaraq, 1992-ci ildə iqtidarda olmuş AXC-Müsavat cütlüyünün yarıtmaz və dağıdıcı siyasətinin biz də qurbanları olduq. 
Bu qrup nəinki ölkənin siyasətini, hətta onun kənd təsərrüfatı sahəsini öz şəxsi maraqlarının qurbanına çevirdilər.  

Belə ki, bizim kənddən düz 40 km-ə yaxın uzaqlıqda yerləşən rayonunun Yuxarı Tala kəndinin sakini, hazırda Müsavat partiyasının sədri olan Arif Hacılının birbaşa müdaxiləsi və dəstəyi ilə 1992-ci ildə kəndimizin torpaqları "işğal” edildi. Bəli, bəli, fakt budur ki, Arif Hacılı o vaxtkı cəhbə hakimiyyətinin icra başçısı və vəzifədə olan dəstə üzvlərinin kobud müdaxiləsi ilə bizim kəndin fındıq bağlarını qanunsuz alaraq, 40 km aralıda yerləşən doğma kəndinin sakinlərinə bəxşiş edib”.

Şikayətçilər yazır ki, düz 26 ildir Arif Hacılının liderliyi ilə baş vermiş bu qanunsuzluğun aradan qaldırılması üçün mübarizə aparırlar: "Bizlər bu illər ərzində nəniki haqlarımızı bərpa edə bilirik, həm də bütün qanuni haqlarımızdan məhrum olmuşuq. 

"Biz məhsəti türkyük deyə, bizim bütün əmlak və haqlarımızı 40-50 km aralıdan gəlib niyə qapazlamalıdırlar?”

Diqqətinizə çatdıraq ki, 1992-ci ildə Arif Hacılı öz kəndində dayaqlarını daha da möhkəmləndirmək üçün bizim kəndin fındıq bağlarını həmkəndlilərinə seçki vədi olaraq verib. Az sonra, daha dəqiqi, Zaqatala rayon İcra Hakimiyyətinin 10 yanvar 1992-ci il tarixli 16 saylı, 2 mart 1992-ci il tarixli 138 saylı isə sərəncamları ilə Arif Hacılının doğma kəndində fəaliyyətdə olan Sabir adına kolxozun 7 və 8 saylı briqada üzvlərini düz 40 km uzaqlıqda olan bizim kəndin sovxozuna, yəni 2 saylı Fındıq sovxozuna çirkin məqsəd naminə qanunsuz "birləşdirib”lər.  

Sual oluna bilər, axı 40 km aralıda olan bir kəndin kolxozun 2 briqadası niyə məhz bizim Uzunqazmalar kəndinin sovxozuna birləşdirilməli idi? Niyə bu iki briqadanin timsalında Yuxarı Tala kəndinin 1700-dən çox sakini bizim sovxozun tərkibinə qatılmaqla, sonradan 559 hektarlıq fındıq sahəmizə tam sahiblənməli idilər? Bəs bizim 40 illik zəhmətimiz, qanuni haqlarımız harada qaldı? Bəs bizim, ailəmizin, uşaqlarımızın gələcəyini kim düşündü? Bizim uşaqlarımız nəylə dolanmalıdır? Bəyəm biz insan, Azərbaycan vətəndaşı, bizim uşaqlarımız isə uşaq deyilmi? Biz məhsəti türkyük deyə, bizim bütün əmlak və haqlarımızı 40-50 km aralıdan gəlib niyə qapazlamalıdırlar?”.

Vətənimzidən bir Arif Hacılının hoqqasına görə çıxb gedək? 

Kənd sakinləri və həmin vaxtı Fındıq sovxozunun 11 il sədri olan Cücüy Hacıyev də bildirir ki, Yuxarı Talanın iki briqadasının rəhbərlik etdiyi sovxoza birləşdirilməsi haqda protokol da saxtadır: "Həmin vaxtı bir çox saxta sənədlər tərtib olunub. O vaxt bütün bu qanunsuzluqlara sədr başda olmaqla bütün kənd qarşı çıxdı. Belə olanda Arif Hacılının əl buyruqçusu olan icra başçısı qanunsuz şəkildə sovxozun sədri Cücüy Hacıyevi vəzifəsindən azad edərək, məkrli planı qəsa zamanda həyata keçirdilər. Qanunsuzluğun həddinə baxın ki, vəzifədən azad olunan Cücüy Hacıyevin yerinə də Yuxarı Tala kolxozunun 2 briqadasının bizim sovxoza birləşdirilmə qərarının əks olunduğu saxta protokola da saxta imza atılıb. Yəni vəzifədən azad olunmuş Cücüy Hacıyevin yerinə başqası saxta imza çəkib.  

Lakin düz 26 ildir bütün bu  və ya digər qanunsuzluqları, o cümlədən bizim 1996-ci ildə keçirilmiş islahatla bağlı tanınmayan qanuni torpaq haqlarımızla bağlı nə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyinə, nə də Əmlak Məsələləri Dövlət Komitəsinə, nə də AXC-dən sonrakı rayonun keçmiş və indiki rəhbərliyinə anlada bilirik. Düzdür, bir ara keçmiş Torpaq Komitəsinin rəhbərliyi qımıldandı. Lakin birdən-birə nə oldusa, qəfil, müəmmalı şəkildə  geri çəkilib, oyun oynadılar. 

Maraqlıdır ki, dövlət qurumlarının hazırkı nümayəndələri də bizə deyir ki, bu özbaşınalıq keçmişdə qalıb, indi bunu bərpa etsək, böyük səs-küyə səbəb olacaq və filan. Yaxşı, bəs indi biz nə edək? Bütün kənd bir nəfər kimi alın təri qoyduğu canımız Vətənimzidən bir Arif Hacılının hoqqasına görə çıxb gedək? Hara gedək? Axı niyə də gedək?”.

Bəs qanunlar nə deyir?

Şikayətçilər "Torpaq islahatı” haqqında Azərbayacan respublikasının mövcuz qanunlarında əks olunan maddələri də bir-bir məktublarında xatırladaraq, ölkə rəhbərliyindən kömək istəyiblər: "Bu qanunun təkcə bir maddəsi – 12-ci maddəsini oxumaq yetər ki, Uzunqamalar kəndinin əhalisinin tam haqlı olduqları çox asan formada aydınlaşsın. Belə ki, həmin maddədə yazılır ki, daimi yaşayış yeri və qeydiyyatı olan şəxslər kolxoz və sovxozlardan torpaq və əmlak payı ala bilərlər. Amma yuxarıda qeyd etdiyimiz kimi, bizim kənddən 40 km uzaqlıqda olan Yuxarı Tala kəndinin  iki briqdasının üzvlərinin yaşayış və qeydiyyat yeri öz kəndləridir. Bəs necə olur ki, bu kəndin 1700-dən çox sakini Uzunqazmalar kəndinin qanuni paylarına sahib çıxıblar?Hansı qanunla, hansı haqla? 

40 km aralıdan 1700 nəfəri bizim kəndə hansı haqla "yamaq" edirlər?

Hansı ki, həmin 1700 nəfərin Yuxarı Talada da evləri, torpaq sahələri, bundan başqa, o kəndin sərəncamında çox böyük şabalıd meşləri də var. Lakin bütün bunlar da islahat aparılarkən nəinki nəzərə alınmış, heç yada salan olmamışdır. Biz anlaya bilmirik, Arif Hacılı  bu qədərmi böyük gücdür ki, indi də onun özbaşınalığından qalmış problemi həll etmək mümkün deyil? Onu bu hakimiyyətin içində kim qoruyur ki, rayonun hazırkı icra başçısı da Arif Hacılının adı gələndə az qala əl-ayağa düşür? Niyə qorxurlar ki, bu adamdan?”.

P.S. Uzunqazmalar məktublarına bütün müvafiq sənədləri, həmçinin video-disk də əlavə ediblər.
Şikayətlə Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri dövlət Komitəsinə də müvafiq sorğular hazırlanaraq göndərilib. 

Digər ittiham olunan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR