Muharrem İncə məğlubiyyətini elan etdi: "Ərdoğan qazandı..." - CHP tərəfdarlarına səsləndi

img

25-06-2018 [02:08]


Prezident seçkilərində fəal təbliğat aparan CHP-nin prezidentliyə namizədi Muharrem İncə az əvvəl bəyanat verib.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, məğlubiyyətini etiraf edib: "Ərdoğanın qazandığını qəbul edirəm".

CHP sədrinin müavini Bülent Tezcan da Ərdoğanın "Balkon" çıxışından sonra açıqlama verib.

O, tərəfdarlarına səslənərək, onlardan hər hansı bir təxribata meyllənməmələrini istəyib: "Nəticələr nə olursa olsun, biz yenə də demokratik mübarizəmizə davam edəcəyik. Seçkidə səlahiyyət verilmiş qardaşlarımız vəzifələri bitənə qədər işlərinə davam edəcəklər".


Digər xəbərlər
SON XƏBƏRLƏR