24-06-2018 [20:18]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Bu yaxınlarda Rusiya Federasiyasında Vladimir Putinlə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev iki ölkənin dövlət başçıları arasında görüşlərin mütəmadi olaraq keçirildiyini qeyd etdi və bu təmasların əlaqələrimizin bütün istiqamətlərdə irəliyə aparılması baxımından önəmini vurğuladı.
Dövlətimizin başçısı qeyd etdi ki, ikitərəfli münasibətlərimiz geniş sahələri əhatə edir, möhkəm siyasi əlaqələr mövcuddur, iqtisadi, ticarət, nəqliyyat, energetika, humanitar və digər sahələrdə yaxşı dinamika müşahidə olunur. Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əməkdaşlıq da böyük önəm daşıyır. Dövlətimin başçısı qeyd etdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir və hər zaman beynəlxalq səviyyədə bir-birini qarşılıqlı surətdə dəstəkləyir. Bütün bunlar ölkələrimiz arasında etimada əsaslanan əlaqələrin yaxşı göstəricisidir. Prezident İlham Əliyev bir daha Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi və bildirdi ki, bu seçkilərdə insanlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, o cümlədən xarici siyasətə dəstək verdiklərini nümayiş etdiriblər. Vyaçeslav Volodin vurğuladı ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlər strateji tərəfdaşlıq əlaqələrinə əsaslanır və çox yüksək səviyyədədir. O qeyd etdi ki, dövlət başçılarının həyata keçirdiyi siyasət bu işdə xüsusi rol oynayır. Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunan Vyaçeslav Volodin bildirdi ki, bu sahədə də əlaqələrin uğurla inkişaf etməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Vyaçeslav Volodin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini məmnunluqla vurğuladı və bildirdi ki, ticarət dövriyyəsinin 30 faiz artımı bunun çox yaxşı göstəricisidir. Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri, eyni zamanda, turizm sahəsində əməkdaşlığın genişləndiyini qeyd edərək ötən il Rusiyadan Azərbaycana 850 mindən artıq turistin gəldiyini bildirdi və bu göstəricinin 18 faiz artdığını qeyd etdi. O, bildirdi ki, bu rəqəm Rusiya turistləri üçün ənənəvi olan bir çox ölkələrin göstəricisini artıq geridə qoyub.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb