TÜRKİYƏDƏ TARİXİ SEÇKİ: Ərdoğan və AKP zəfər qazandı- 5 partiya parlamentə mandat qazandı

img

25-06-2018 [00:51]


Türkiyədə keçirilən seçkilərin rəsmi nəticələri elan olunub.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, seçicilərin 87.42 faizinin iştirak etdiyi prezident və parlament seçkilərində nəticələrin 99 faizinə yaxını rəsmən açıqlanıb.

Beləliklə, prezident seçkiləri üzrə açıqlanan rəsmi nəticələr aşağıdakı kimidir:

  1. Ərdoğan - 52.51
  1. Muharrem İncə - 30.72
  1. Səlahəddin Dəmirtaş - 8.31
  1. Meral Akşener - 7.36
  1. Temel Karamollaoğlu - 0.89
  1. Doğu Perinçek - 0.20

Parlament seçkiləri:

Cumhur ittifaqı:

AKP - 42.43

MHP - 11.15

Millət ittifaqı

CHP - 22.72

Səadət - 1.36

İYİ - 10.05

HDP - 11.55

Digərləri - 0.56

Qeyd edək ki, hazırkı nəticələrə görə, 600 nəfərlik Böyük Millət Məclisində AKP 295, MHP 48, CHP 147, İYİ 43, HDP isə 67 deputat mandatı qazanıb...

Onu da qeyd edək ki, Türkiyənin iri şəhərlərində - Ankara, İstanbul və Trabzonda Ərdoğan və partiyası ciddi fərqlə üstünlük qazanıb. CHP və namizədi İncə isə İzmirdə mütləq qələbə əldə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR