Türkiyədə seçki bitdi - Səslər sayılmağa başlandı

img

24-06-2018 [18:06]


Türkiyədə bu gün səhər saat 8-dən başlayan növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə 18.00-da bütün məntəqələrdə səsvermə dayandırılıb və səslərin sayılmasına başlanılıb.

Xatırladaq ki, prezident seçkisində əsas mübarizənin hazırkı prezident Ərdoğanla CHP-nin namizədi Muharrəm İncənin arasında gedəcəyi gözlənilir.

Qeyd edək ki, prezidentliyə digər əsas namizədlər "İYİ”nin qurucusu Maral Akşener, "Səadət”in lideri Temel Karamollaoğlu, Doğu Perinçek və HDP-nin həbsdə olan hımsədri Dəmirtaşdır.

Parlament seçkisində gəldikdə isə əsas mübarizənin AKP-MHP-nin yaratdığı "Cumhur” ittifaqı ilə CHP-İYİ-Səadət partiyalarının qurduğu "Millət” blokunun arasında gedəcəyi şəksizdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR