Trampdan Şimali Koreyaya qarşı gözlənilməz qərar - Sanksiyalar daha bir il müddətinə uzadıldı

img

22-06-2018 [21:42]


ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı tətbiq edilən sanksiyanı daha bir il müddətinə uzadıb. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ ev məlumat yayıb. 

Sanksiyalar 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə verilmiş bir sıra fərmanla tətbiq edilib. 

Onlar KXDR-in nüvə və raket proqramına, o cümlədən çirkli pulların yuyulması, kiber-hücumlar, insan hüquqlarının pozulmasına qarşı yönəlib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR