Azərbaycanın Moldovadakı səfirinin oğlu sərhəddə saxlanıldı - Rusiyada şok həbs

img

22-06-2018 [16:57]


Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (MCMBİ) əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs edib. 27 yaşlı Emil Osmanov qanunsuz bank fəaliyyətində ittiham edilir.

Oxu.az "Fontanka” agentliyinə istinadla xəbər verir ki, Osmanov Minskə Vyanadan gəlib və onu burada "Toyota Camry”markalı avtomobildə şəxsi sürücüsü gözləyib.

MCMBİ əməkdaşları Rusiya ilə sərhədi keçən zaman onu yaxalayıb və Peterburqa gətiriblər.

İstintaq məlumatına əsasən, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Bildirilib ki, hər ay bir qrup hüquqi şəxs tərəfindən nəzarət edilən hesablar vasitəsilə 150 milyon rubla qədər pul göndərilirdi.

Rusiya Cinayət Məcəlləsinin 172-ci ("Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.

Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR