DÇ-2018: Braziliya son dəqiqələrdə qol yağdırdı, Neymar ilkini etdi - Video-hakim penalti qərarını dəyişdirdi

img

22-06-2018 [17:55]


Bu gün DÇ-2018 çərçivəsində Braziliya yığması Kosta Rika ilə qarşılaşıb.

Mia.az bildirir ki, 64468 azarkeşin meydanda canlı izlədiyi ouunda Brazilya bütün təzyiqlərə baxmayaraq, ilk hissədə hesabı aça bilməyib - 0:0.

Oyunda ikinci hissədə də Brazilya təzyiqi xeyli artırsa da, Kosta-Rikanın müqavimətini qıra bilməyib. Əksinə, əks hücumla Brazilyanın yaxalamağa çalışan Kosta-Rika bir neçə dəfə qola yaxın olub.

Onu da bildirək ki, oyun ərzində brazilyalı ulduz Neymar bir çox fürsətlərdən yararlana bilməyib. 

77-ci dəqiqədə isə hakim Kosta-Rikaniın qapısına penalti təyion etsə də, bu qərar böyük mübahisə yaradıb. Nəhayət, oyunun baş hakimi video-hakimlə məsləhətləşib və bundan sonra penalti qərarı ləğv edilib.

80-ci dəqiqədə hakimə tez-tez etirazlar edən Neymara sarı vərəqə göstərilib.

Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 6 dəqiqənin ilk saniyəsində Kortinyo hesabı açıb – 1:0.

90+6-da isə nəhayət, Neymar qol atıb.

Beləliklə, oyun 2-0 hesabı ilə başa çatıb. 

Onu da qeyd edək ki, bu oyundan sonra Brazilya bu qələbə ilə xalını 4-ə çatdırıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR