Samir Şərifov Palatanın yeni bölmələrinin yaradılmasına qarşı çıxdı: "Artıq xərcdir"

img

22-06-2018 [15:50]


 "Hesablama Palatasına Maliyyə Nazirliyinin məlumat bazasına çıxış imkanı yaradılacaq”.

Bunu nazir Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin iclasında deyib.

"Palata nazirlikdən məlumatların elektron formada və real vaxt rejimində təqdim edilməsini istəyir”, - o qeyd edib.

S.Şərifov Hesablama Palatasının regional bölmələrinin yaradılması barədə səslənən fikirlərə də münasibət bildirib və deyib ki, bu, əlavə xərcdir. Bununla yanaşı, o, Naxçıvan MR-da Hesablama Palatasının yaradılmasını mümkün sayıb: "Bu məsələ "Hesablama Palatası haqqında” qanunda öz əksini tapa bilər”. 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR