Hərbi paradda daha bir yenilik - Türkiyə hərbçiləri 100 il sonra Bakıda keçid edəcəklər

img

21-06-2018 [17:46]


Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü münasibəti ilə Bakı şəhərində keçiriləcək hərbi paradda bir sıra yeniliklər olacaq.

Paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi keçid edəcək.

Türkiyə Silahlı Qüvvələrinin bölməsi paradda Azərbaycan Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin heyətindən sonra tribuna önündən addımlayacaq.

Paradda iştirak edən Türkiyə hərbçiləri Bakıya iyunun 20-də gəlib.

Paradda Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyinin də qonaq qismində iştirakı gözlənilir.

Qeyd edək ki, bu Türk hərbçilərinin Bakıda 100 il sonra iştirak etdiyi ikinci hərbi paraddır. 1918-ci ilin sentyabr ayında, Bakı şəhəri bolşevik-daşnak qüvvələrindən azad ediləndən sonra keçirilən hərbi paradda Osmanlı hərbçiləri iştirak ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR