Ermənistan Müdafiə Nazirliyində yoxlama aparılacaq

img

21-06-2018 [17:17]


Ermənistan Dövlət Nəzarət Xidməti Müdafiə Nazirliyində yoxlama aparacaq.

"Report” xəbər verir ki, bunu xidmətin rəisi David Sanasaryan bildirib.

Onun sözlərinə görə, yalnız hərbi məqsədlər üçün malların alınması məsələsi deyil, bütövlükdə Müdafiə Nazirliyinin fəaliyyəti yoxlanılacaq: "Bu yoxlama aldığımız informasiyaya əsasən keçirilir. Təftiş korrupsiya ilə bağlıdır”.

D.Sanasaryan yoxlamanın nəticələri barədə əlavə məlumatların veriləcəyini də vurğulayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR