İmişlidə pambıq tarlasında kütləvi zəhərlənmə: 80 nəfər xəstəxanaya yerləşdirilib - Rəsmi reaksiya

img

19-06-2018 [13:55]


İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.

***

İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

Rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib.

İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub