AKP-HDP üzvləri silahlı davaya çıxdı: 3 nəfər öldürüldü, 9-u yaralandı - Ölənlərdən biri deputatın qardaşıdır + FOTO

img

14-06-2018 [20:46]


Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda Ərdoğanın lideri olduğu AKP üzvləri ilə HDP-lilər arasında silahlı qarşıdurma yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə AKP-li deputat İbrahim Halil Yıldızın da aralarında olduğu bir qrup partiya üzvü Suruçdakı ticarətçilərlə görüşmək istəyərkən baş verib: "Lakin HDP-li olduğu önə sürülən bir qrup silahlı şəxs AKP-lilərə hücum edib. Nəticədə çıxan davada 12 nəfər yaralanıb. Onlardan ağır yaralanmış 3-ü həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyalarını dəyişiblər".

Məlumata görə, ölənlərdən biri AKP-li deputat İbrahim Halil Yıldızın qardaşıdır.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub