Şriftin ölçüsü / 350 dəfə oxunub

Ali məktəb və kolleclərə də qəbulun müddəti artırıldı - İyunun 20-dək ərizələr təsdiqlənməlidir

14 Iyun 2018 [16:49]
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb.

Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.


SON XƏBƏRLƏR