Dövlət İmtahan Mərkəzindən magistr olmaq istəyənlərə xəbərdarlıq - Seçim müddəti uzadıldı

img

14-06-2018 [16:32]


2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi müddəti uzadılıb.

Mia.az Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, seçim iyunun 20-si saat 10:00-dək davam edəcək: 

"İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR