Azərbaycan Ordusu DANA özüyeriyən artilleriya qurğularını hərkətləndirdi - Praktiki atışlar icra olunub + FOTO

img

14-06-2018 [16:11]


Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR