Putin Trampı təbrik etdi - Doğum günü ilə bağlı

img

14-06-2018 [13:48]


 Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı doğum günü münasibətilə təbrik edib.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident amerikalı həmkarına təbrik teleqramı göndərib”, - D.Peskov vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın 45-ci Prezidenti Donald Tramp 1945-ci il iyunun 14-də Kuins şəhərinin Cameyka rayonunda doğulub. Bu gün onun 73 yaşı tamam olur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR