ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Dost qüvvələri terrorun kökü kəsilənədək Suriyada qalacaq" - Bəşər Əsəd - mia.az
Şriftin ölçüsü / 208 dəfə oxunub

"Dost qüvvələri terrorun kökü kəsilənədək Suriyada qalacaq" - Bəşər Əsəd

14 Iyun 2018 [12:37]
Suriya prezidenti Bəşər Əsəd deyib ki, ona Suriyada İran və Hizballah qüvvələrinin yardımı lazımdır və gərəkdiyi müddətdə burada qalacaqlar.

İyunun 13-də İranın "Al-Aləm” televiziyasına müsahibəsində Əsəd bildirib ki, İranın Rusiya kimi Suriyada hər hansı hərbi bazası yoxdur. Ancaq onun sözlərinə görə, "İranın hərbi bazasına ehtiyac yaranarsa, tərəddüd etmədən” bunu təmin edəcəyik.

"İran da Rusiya kimi müttəfiq ölkədir”, – o deyib.

Əsəd  bildirib ki, sünni üsyançılara qarşı yeddi ildir davam edən vətəndaş müharibəsində o, iranlı müşavirlərdən, İraqın şiə döyüşçülərindən və Hizballahdakı livanlı döyüşçülərdən vacib dəstək alıb. Bu müharibədə yarım milyondan çox adam ölüb.

Suriya prezidentinin deməsinə görə, ölkənin üsyançıların əlində olan 40 faizədək ərazisi üzərində nəzarəti yenidən qazanmaqdan ötrü bu döyüşçülər hökumətə lazımdır.

"Hizballah bu müharibədə əsas elementdir. Döyüş uzun çəkəcək və bu hərbi qüvvələrə hələ uzun müddət ehtiyac qalacaq”, – Əsəd vurğulayıb.

Onun deməsinə görə, müttəfiq döyüşçülərini ölkəyə o dəvət edib və Birləşmiş Ştatlar və İsrailin tələb etdiyi kimi, heç vaxt onların getməsini istəməyəcək, hətta hər hansı sülh razılaşmasının tərkib hissəsi sayılsa belə. 

Əsəd deyib ki, Suriyanın İranla münasibəti "heç bir həll variantının tərkib hissəsi” ola bilməz. Onun sözlərinə görə, dost qüvvələri terrorun kökü kəsilənədək Suriyada qalacaq: "İranla Hizballah terrorçuluğun kökünün kəsildiyini görəndə, bizə vətənlərinə qayıtmaq istədiklərini deyəcəklər”, – o deyib. (Azadlıq Radiosu)


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR