Ağdaşda şok hadisə - İki nəfər həmkəndliləri olan qadını oğurladı

img

14-06-2018 [12:12]


Ağdaş rayonunda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, iyunun 12-də rayonunun Korarx kəndinin ərazisində, rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

R.Xəlilov və M.Mustafayev Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR