Elman Rüstəmov xalqı əmin etdi: "Devalvasiya üçün heç bir fundamental səbəb yoxdur"

img

14-06-2018 [11:34]


"Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur".

 "APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. 

Bu il neftin orta qiymətinin 70 dollar təşkil etdiyini deyən E.Rüstəmov bildirib ki, bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30% yüksəkdir.

 "Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına səbəb oldu. Nəticədə strateji valyuta ehtiyatları 2,1 milyard dollar artdı. Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli valyuta təklifi tələbdən yüksəkdir. Həmişə bu balansa diqqət yetirmək lazımdır. Milli valyutanın məzənnəsi heç də həmişə Azərbaycan Mərkəzi Bankının hədəfi olmur. Bizim əsas hədəfimiz inflyasiyadır. Düzdür, məzənnədə hədəflərdəndir. Amma məzənnənin inflyasiyaya təsiri əsas hədəflərdəndir", - deyə E.Rüstəmov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR