Partiya sədri Azərbaycan xalqını təbrik edib

img

14-06-2018 [11:17]


Müasir Müsavat Pariyasının sədri Hafiz Hacıyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Partiya sədri müqəddəs bayram münasibəti ilə bütün müsəlman dünyası ilə bərabər Azərbaycan xalqını təbrik edib, onların tutduqları orucun, etdikləri duaların qəbul olunmasını arzulayıb:

"Əziz və hörmətli xalqım, u mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini minnətdarlıqla yad edirəm. Bu əziz bayram günlərində bir daha etdiyiniz dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirəm. 

Allah millətimizə firavanlıq bəxş etsin, dövlətimizə zaval verməsin. Ramazan bayramınız mübarək olsun!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR