Azərbaycanda ipoteka faizləri azala bilər - Elman Rüstəmov

img

14-06-2018 [10:51]


 "Azərbaycanda bazar şərtləri ilə verilən  ipoteka faizlərinin birrəqəmli olması üçün tədbirlər görülə bilər. Bu da iqtisadiyyatda gedən proseslərdən asılıdır".

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

O, həmçinin qeyd edib ki, cari ildə dollarlaşma prosesi davam edib və fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,8 faiz bəndi azalıb.

Bundan başqa, E.Rüstəmovun sözlərinə görə, ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmi 12%-dən çox azalıb: "Makroiqtisadi vəziyyət tələb etsə, biz bunu artıracağıq". 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR