ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide İqtisad Universitetinin filialında əlavə ixtisaslar üzrə qəbul aparılacaq - Açıqlama - mia.az
Şriftin ölçüsü / 483 dəfə oxunub

İqtisad Universitetinin filialında əlavə ixtisaslar üzrə qəbul aparılacaq - Açıqlama

13 Iyun 2018 [20:05]
UNEC-in Zaqatala filialının təşkilatçılığı ilə X-XI sinif şagirdləri arasında 7 fənn üzrə olimpiada keçirilib.

UNEC-dən Mia.az-a verilən məlumata görə, filialın müəllimlərinin ana dili, fizika, riyaziyyat, ingilis dili, coğrafiya, tarix, informatika fənləri üzrə Dövlət İmtahan Mərkəzinin standartlarına uyğun tərtib etdikləri suallar əsasında təşkil olunan olimpiadada Zaqatala, Qax və Balakən rayonlarının məktəbliləri iştirak edib. Olimpiadanın nəticələri açıqlandıqdan sonra qaliblər Zaqatala filialına dəvət olunublar.

Filialın direktoru, professor Orucəli Rzayev qalibləri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. Filial barədə məktəblilərə ətraflı məlumat verən O.Rzayev yeni tədris ilindən burada tələbə qəbulunun I və II ixtisas qrupu üzrə aparılacağını diqqətə çatdırıb. Filialda iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə, mühasibat uçotu və audit ixtisasları ilə yanaşı, bu tədris ilindən menecment, marketinq, informasiya texnologiyaları ixtisasları üzrə də qəbulun həyata keçiriləcəyini vurğulayıb.

Filialdakı yenilikləri müsbət qarşılayan məktəblilərin sualları cavablandırılıb.

Sonda olimpiada qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR