Bu müəllimlər işdən çıxarılacaq - Təkrar sertifikasiyadan keçməyəndə

img

13-06-2018 [13:23]


Təkrar sertifikasiyadan keçməyən müəllimlərlə bağlanan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv ediləcək.

Bununla bağlı Əmək Məcəlləsinin 70-ci madəsinə (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, sertifikasiyadan "Təhsil haqqında” qanuna uyğun olaraq, təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə müvafiq olaraq, işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsası sayılır.

modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR