Marneulinin azərbaycanlı meri saxlanıldı - Alçaldıcı davranışa görə

img

13-06-2018 [12:42]


Gürcüstanın Marneuli rayonunun etnik azərbaycanlı meri Temur Abazov saxlanıb. Yerli medianın yazdığına görə, o, vətəndaşlarla "qeyri-etik rəftarda” ittiham edilir.

Mia.az xəbər verir ki, bu barədə "BBC Azərbaycanca” məlumat yaylıb.

Xəbərdə daha sonra bildirlir ki, Gürcüstanın Baş Prokurorluğu faktı BBC News Azərbaycancaya təsdiqləyib, amma təfərrüata varmayıb. Prokurorluqdan bildirilib ki, onun saxlanması ilə bağlı bir neçə saata Rustavi şəhərində mətbuat konfransı keçiriləcək və detallar orada açıqlanacaq. 

Yerli medianın yazdığına görə, onun saxlanılmasının səbəbi Tbilisidə keçirilən aksiyada iqtidar partiyasının rəhbəri və keçmiş baş bazir Bidzina İvanişvili və Temur Abazova qarşı qeyri-etik ifadələr işlədən şəxsin cəzalandırılmasıdır.

Yerli mediada yayılan xəbərlərdə iqtidar nümayəndələrinə qarşı söyüş söyən şəxs bir neçə nəfər tərəfindən üzr istədilib və ona qarşı qeyri-insani və alçaldıcı davranışlar olub.

Bu olay isə videoya alınıb və görüntülər internetdə paylaşılıb, Gürcüstanın İnterpress.ge saytı yazıb. Bu, bir neçə gündür Gürcüstanda əsas müzakirə edilir.

 İnterpress.ge saytının yaydığı xəbərdə deyilir ki, mer Temur Abazovu prokurorluq Cinayət Məcəlləsinin insanın bir qrup tərəfindən açlaldılması maddəsi ilə ittiham edir.

Həmin ittiham təsdiqlənərsə, Temur Abazovu cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR