Bakının bu küçələrində su olmayacaq - SİYAHI

img

13-06-2018 [11:38]


Bakının Xətai rayonunun Məhəmməd Hadi, Xudu Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Mia.az-a  "Azərsu" ASC-dən məlumat verilib.

ASC yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR