Şriftin ölçüsü / 307 dəfə oxunub

Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq - Bayramla bağlı

13 Iyun 2018 [10:19]
Ramazan bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq. 

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən Mia.az-a verilən məlumata görə, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. 

Bununla əlaqədar olaraq, Ramazan bayramı günlərində (14-19 iyun) ADY-nin Sərnişin daşımaları departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq.

Sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə qurum bəyan edir. 


SON XƏBƏRLƏR